
“Zirə” – “Neftçi” görüşünün əhəmiyyəti qonaqlar üçün daha çox idi.
"Zirə"yə bərabərlik də sərf edirdi. "Ağ qaralar" oyuna daha yaxşı başlayan tərəf olması da bundan irəli gəlirdi.
Samir Abasovun komandasında yüksək motivasiya, qələbə istəyi sezilirdi. Hətta gedişata uyğun olmayan qol buraxıldı, amma komanda sınmadı.
Öncə bərabərlik qolunu vurdu, son dəqiqələrdə hesabda önə çıxdı. Qonaqlar qələbəni qeyd etməyə hazırlaşırdı ki, Kamal Umudlu səhnəyə çıxdı.
Əslində elə oyun başlayandan səhnədə.idi. "Neftçi"nin əleyhinə qərarlar bir-birini əvəzləyirdi. Sadəcə son saniyələrdə verdiyi penalti qərarı kulminasiya nöqtəsi oldu. Bunun adı rəzalət idi.
VAR-ın verdiyi kadrlarda penaltinin “p” hərfi yox idi. Umudlu verdiyi qərarla "Neftçi"nin 3 xalını oğurladı.
Ümumiyyətlə, bu mövsüm "Neftçi"yə qarşı hakimlərin apardığı qara kompaniya davam edir. Niyə?
Son illər ilk dəfə klub ayağa qalxmaq istəyir. Samir Abasov yaxşı kollektiv formalaşdırıb. Çempionat ən yaxşı futbol oynayan 2-3 komandasından biri "Neftçi"dir. Sadəcə qol vurmaqda problem yaşayır.
Bu dəfə o da problem olmadı. Komanda iki qolla yadda qaldı. Nəhayət Sambu da fərqləndi. Amma yenə qələbə gəlmədi. Tək günahkar isə referi oldu.
Ağadadaşa qarşı olan foulları görməzdən gəldi, Rezabalaya qarşı cərimə meydançasındakı kobudluğu penal qiymətləndirmədi və sonda çıxardığı komediya. Belə olmaz.
Klubda çalışan hər kəsin əziyyətinə, azarkeşlərin əməyinə yazıqdır. Gərək ədaləti təmsil edənlər bunu unutmasın...
XANOĞLAN İMANOV