
Son günlər “Neftçi”nin legioneri Mark Tamaşa təkliflərin gəlməsi barədə yerli və xarici mətbuatda çoxsaylı məlumatlar yayılmaqdadır.
Onlardan birinə görə, Yunanıstandan “Asteras Aktor” macarıstanlı müdafiəçiyə maraq göstərir.
30 yaşlı arxa xətt oyunçusuna Polşadan “Puşça” və İtaliyadan “Reggiana”nın da elçi düşdüyü bildirilir.
Bütün bu informasiyalar təsadüfən tirajlanmır. Bunun arxasında Tamaşın agentləri dayanır.
Ötən ilin yayında «Sepsi»dən (Rumıniya) «Neftçi»yə gələn və 2025-ci il iyunun 30-na qədər müddəti əhatə edən müqavilə imzalayan macar hazırda Roman Qriqorçukun «qara siyahı»sındadır.
Yaxınlarda görəvə gətirilən baş məşqçi Tamaşın burada qalmasında maraqlı deyil.
Ukraynalı çalışdırıcı onunela bağlı fikirləri tamamilə mənfidir. Qriqorçuk funksionerlərlə söhbətində macarın zəif cəhətlərini sadalayıb.
Bildirib ki, Tamaşın sürəti aşağıdır, ağır hərəkət edir, mövqe seçimində çoxsaylı səhvlərə yol verir, topu oyuna daxil edə bilmir.
SPORTİNFO.AZ