"Neftçi"nin danışıqlar apardığı 3 baş məşqçi - ONLAR NƏ İSTƏYİR?

18 May 2022 10:40 Neftçi 4 064
"Neftçi"nin danışıqlar apardığı 3 baş məşqçi - ONLAR NƏ İSTƏYİR?

Samir Abasovla yeni müqavilə bağlamaq istəməyən «Neftçi» hazırda 3 əcnəbi baş məşqçi ilə danışıqlar aparır.

Bu barədə Sportinfo.az-a paytaxt təmsilçisindən bildirilib.

Redaksiyamıza verilən məlumatda həmin mütəxəssislərin adları açıqlanmasa da, qeyd edilib ki, hələlik heç bir anlaşma əldə olunmayıb.

Klubun şərtləri ilə tanış olan çalışdırıcılardan biri Avropanın daha səviyyəli çempionatlarından birində işləmək arzusunu gizlətməyib və mayın sonunadək gözləmə mövqeyində dayanacağını dilə gətirib.

Digər məşqçi Azərbaycana gəlmək, komandaya yaradılan şəraiti incələmək fikrindədir.

Üçüncü namizəd isə büdcənin artırılması tələbi irəli sürüb. Onun fikrincə, 10-12 milyon büdcə ilə çempionluq uğrunda mübarizədə «Qarabağ»a rəqib olmaq qeyri-mümkündür.

Futbolçuların statistik göstəricilərini araşdıran, komandanın son 1 ildəki oyunlarını dəyərləndirən mütəxəssis köklü islahatların aparılmasının zəruriliyini qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti