“Neftçi”nin futbolçuları ONU məşhur kluba bu cür yola saldı

28 Yanvar 2022 20:20 Neftçi 1 254
“Neftçi”nin futbolçuları ONU məşhur kluba bu cür yola saldı

“Neftçi”li azarkeşlər bundan sonra sevimli futbolçuları olan Mamadu Kaneni ağ-qara formada görə bilməyəcək.

Sentyabrda “Olimpiakos”a satılan qvineyalı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirməlidir.

Hər halda sahib olduğu klub Kanenin yaya qədər Azərbaycanda qalmasına imkan vermədi.

Klubda hər kəs tərəfindən sevilən Mamadunun üstün cəhəti qalmaqallardan uzaq olması, ətrafındakılarla davranış qaydasını bilməsi və ən əsası, sadəliyi idi.

Onun futbolçu yoldaşları tərəfindən necə sevildiyini bilmək üçün sosial şəbəkədəki paylaşımına nəzər salmaq kifayət edir.

Kane “instagram”da vida mesajı yazıb ki, “Neftçi”də çiyin-çiyinə oynadığı futbolçular ona uğurlar arzulayıb, gedişinə üzüldüklərini bildiriblər.

Emin Mahmudov: “Uğurlar, mənim kiçik qardaşım! Sənə hər şeyin ən yaxşısını arzulayıram!”
Mamadu Mboc: “Qardaşım, sənin üçün çox darıxacağıq. Amma yenə də gələcək karyeranda sənə uğurlar arzulayıram!”

Mert Çelik: “Uğurlar, qardaşım!”

Vüqar Əliyev (tərcüməçi): “Uğur olsun, qardaşım!”

Kane 2019-cu ildən “Neftçi”də çıxış edirdi ki, ötən il komandasının çempion adını qazanmasında əsas pay sahiblərindən olub. O, ötən ilin sentyabrında “Olimpiakos”la 4 illik müqavilə bağlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"