“Neftçi“ Rusiya klubunun forvardına 2,5 illik təklif göndərdi

13 Yanvar 2022 11:40 Neftçi 109 881
“Neftçi“ Rusiya klubunun forvardına 2,5 illik təklif göndərdi

“Neftçi“ ölkə xaricində çıxış edən daha bir azərbaycanlı futbolçuya təklif göndərib.

Bu barədə Sportinfo.az-a payiaxt klubundan məlumat verilib. Bildirilib ki, Kamran Əliyevə dəvət göndərilib.

Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) çıxış edən hücumçu “SKA-Xabarovsk”un formasını geyinir.

Onun yerli ordu klubu ilə müqaviləsi bu ilin yayında başa çatacaq. “Neftçi“ vaxtilə gənclər yığmamıza dəvət almış 23 yaşlı forvarda 2,5 illik müqavilə təklif eləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular