Samir Abasovun Kane israrı

20 Oktyabr 2021 16:00 Neftçi 1 601
Samir Abasovun Kane israrı

Yayda Yunanıstan "Olimpiakos"u ilə müqavilə imzalayan Mamadu Kane qışda ölkəmizi birdəfəlik tərk edə bilər.

Qvineyalı dayaq yarımmüdafiəçisi iki klub arasındakı razılaşmaya görə icarə əsasında hələ də "Neftçi"də çıxış edir.

Yunanlar qışdan sonra buna icazə vermək fikrində deyil. Kane də bu qərara müsbət yanaşır.

Ancaq təmsilçimizin baş məşqçisi Samir Abasov israrla yarımmüdafiəçinin yaya kimi komandada qalmasını istəyir.

Gənc çalışdırıcı yaxşı bilir ki, hazırkı "Neftçi"nin "açar" oyunçularından biri məhz Kanedir. Onun gedişi çempionluq titulunun itirilməsi bahasına başa gələ bilər.

Rəhbərliyin Abasovun arzusunu həyata keçirməsi isə qarşı tərəflə keçən danışıqlardan asılıdır. Hazırkı məqamda bu elə də asan görünmür.

"Neftçi" Kaneni yay transfer dönəmində "Olimpiakos"a satıb. Onunla üç illik müqavilə imzalanıb. Klublar arasında razılaşmaya görə, qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında Bakı təmsilçisinin heyətində çıxış edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı