Samir Abasovun inadkarlığı - Kamran Quliyevin istedadını məhv edir

4 Avqust 2021 13:00 Neftçi 2 377
Samir Abasovun inadkarlığı - Kamran Quliyevin istedadını məhv edir

“Neftçi”nin baş məşqçisi Samir Abasov avrokuboklar başalayandən bəri eyhamlı fikirlərinə ara vermir.

Mütəxəssis klub rəhbərlərinin transfer siyasətindən narazılıq edir.

O, az qala hər mövqeyə futbolçu lazım olduğunu, amma hansı səbəbdənsə bunun reallaşmadığını bildirir.

Namiq Ələsgərov “Olimpiakos”la qarşılaşmada zədələndikdən sonra “Neftçi”, demək olar ki, hücumçusuz oynayır. Komandanın hücum xəttindəki boşluq HİK-lə qarşılaşmada da hiss olunurdu.

Samir Abasov haqlıdırmı? Doğrudanmı, rəhbərlik komandadakı çatışmazlıqları aradan qaldırmaq niyyətində deyil?

Məsələyə üzdən yanaşsaq, Abasovun haqlı olduğunu görərik. Amma araşdırma bir qədər ciddi olsa, baş məşqçinin də “az aşın duzu” olmadığı üzə çıxar.

Əslində “Neftçi”nin hücum xəttini gücləndirəcək çox istedadlı bir futbolçu var komandada. Amma Samir Abasov inadkarlığına salaraq ona şans vermir.

Söhbət gənc və perspektivli futbolçu Kamran Quliyevdən gedir. Mütəxəssislər onun hücumun bütün cinahlarında oynamağa qadir olduğunu bildirilər.

Hətta yarımümdafə xəttində də çıxış edə biləcəyini iddia ednlər var. Lap acığa düşsə, müdafiə xəttində oynaya, qapıda da dura bilər Kamran Quliyev. “Neftçi”də ayda 10 min manat məvacib alan bu cür unikal istedad Samir Abasovun inadkarlığının qurbanı olur.

Bu məsələdə “Neftçi” rəhbərliyi də günahkardır. Əgər Abasov Quliyevi istəmirsə, onda onu başqa kluba icarəyə vermək olar ki, futbolçu oyun praktikasından əziyyət çəkməsin.

Axı Kamran Quliyevin inkişafı Azərbaycan futbolunun gələcəyi deməkdir. Gələcəyimizə belə biganə münasibət isə yolverilməzdir. Kamran Quliyevi xilas edək!

BİZ

Digər Xəbərlər
Xəbər Lenti