"Neftçi"dən "Olimpiakos" üçün: Satış yeri və qiymətləri

25 İyul 2021 16:40 Neftçi 1 025
"Neftçi"dən "Olimpiakos" üçün: Satış yeri və qiymətləri

Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" və “Olimpiakos” arasında keçiriləcək cavab görüşünün biletləri 26 iyul saat 12:00-da satışa çıxarılacaq.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar.

Kassalar saat 21:00-dək işləyəcək.

İyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti