AFFA-da Samir Abasovun işinə baxdılar

17 May 2021 14:00 Neftçi 1 224
AFFA-da Samir Abasovun işinə baxdılar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir, toplantıda “Neftçi”nin baş məşqçisi Samir Abasovun məsələsi müzakirə olunub.

Premyer Liqanın XXIV turunda “Sabah”la keçirilən qarşılaşmadan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyunluq cəzalandırılan Abasovla bağlı qərar qüvvədə saxlanılıb.

Onun həmin hərəkəti “Neftçi”ni 4000 manat məbləğində ziyana salıb.

Digər Xəbərlər
Xəbər Lenti