Millimizin futbolçusu yol qəzasına düşdü - FOTOLAR

23 May 2020 00:42 Milli komanda 847
Millimizin futbolçusu  yol qəzasına düşdü - FOTOLAR

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" yol-nəqliyyat qəzası ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanı II Bundesliqanın XXVII tur matçı üçün "Nürnberq"lə səfər oyununa aparan avtobus yolda BMW markalı minik avtomobili ilə toqquşub.

Aue təmsilçisinin futbolçu və məşqçi heyətindən heç kim xəsarət almayıb. Nürnberqə yol mikroavtobusla davam etdirilib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Ertsgebirge"nin qolunu Dmitri Nazarov vurub.

Digər Xəbərlər
Xəbər Lenti