Millimizə namizəd baş məşqçi 2 milyon avroya razılaşıbmış

27 Aprel 2020 18:50 Milli komanda 808
Millimizə namizəd baş məşqçi 2 milyon avroya razılaşıbmış

Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olan Eusebio Di Françeskonun Moskva "Lokomotiv"inə keçidi baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, mövsümün sonunda Yuri Syominlə yollarını ayıracaq Rusiya klubu Marko Nikoliçlə anlaşıb.

Halbuki Di Françesko ilə danışıqlar müsbət məcrada keçib. Tərəflər illik 2 milyon avro maaşa ortaq məxrəcə gəliblər. Lakin "Lokomotiv" rəhbərliyi son anda fikrini dəyişərək, Nikoliçlə razılıq əldə edib.

Eusebio Di Françesko məşqçilik karyerası ərzində "Peskara", "Leççe", "Sassuolo", "Roma" və "Sampdoriya"da çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi