AFFA-dan 1,5 milyon avro ala bilməyəcəyini görəndən sonra...

13 Mart 2020 16:42 Milli komanda 1 160
AFFA-dan 1,5 milyon avro ala bilməyəcəyini görəndən sonra...

“Sampdoriya” adı millimizlə hallanan Canni De Byazini baş məşqçi gətirmək istəyir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, klub rəhbərliyi De Byazinin komandada çalışmasında maraqlıdır. Təcrübəli mütəxəssis daha öncə verdiyi açılamasında A Seriyasından bir klubdan təklif aldığını və qəbul etmədiyini bildirmişdi.

Ancaq indi iddia edilir ki, 26 xalla turnir cədvəlində 16-cı sırada qərarlaşan klubun rəhbərliyi yaxın günlərdə təcrübəli mütəxəssislə yenidən danışıqlara başlayacaq.

Sportinfo.az-ın məlumatına görə, Byazi son təklifə isti yanaşır. Niyə də olmasın? Axı o, 3 həftədir Bakıdan gələcək cavabı gözləyir və artıq qərar vermək vaxtıdır. Bir az da dayansa, hər şey əlindən çıxacaq.

İtalyan mütəxəssis ötən müddət ərzində dəfələrlə AFFA-ya xəbər göndəsə də, qarşı tərəf danışıqlar masası arxasına əyləşməyib.

Güman ki, Byazinin şərtləri federasiyaya ağır gəlir. Necə də olmasa, aşağı məbləğə Azərbaycana gəlməyəcəyi aydındır.

Onun fikrindən keçən məbləğ 1,5 milyon avrodan başlayır. AFFA-nın Nikola Yurçeviçi əvəzləyəcək istənilən məşqçiyə bu qədər ödəniş etmək fikri yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti