Abdullayev yığmanın baş məşqçisi olmsaq istəmədi – İŞTAHASI BÖYÜKDÜR

13 Fevral 2020 09:42 Milli komanda 1 306
Abdullayev yığmanın baş məşqçisi olmsaq istəmədi – İŞTAHASI BÖYÜKDÜR

«Neftçi»nin sabiq baş məşqçisi Elxan Abdullayev AFFA-nı məyus edib.

Sportinfo.az-ın məlumatına görə, o, yenidən yaradılan U-18-in sükanı arxasına keçmək təklifini geri çevirib.

İndiyədək çalışdığı bütün iş yerlərində uğursuz olan Abdullayevin, demə, iddiası daha böyükdür.

Məşqçilik bacarığı olmayan, hər dəfə ora-bura tapşırıqla təyinat almağa öyrəşmiş Elxan bəy federasiya mənsublarıyla görüşündə yeniyetmə və gənclərlə işləmək həvəsində olmadığını açıqlayıb.

Onun gözü yenidən əsas millinin məşqçilər korpusunda yer almaqdır. Vaxtilə Berti Foqts və Robert Prosineçkinin köməkçisi olan Abdullayev indi də rahat, təhlükəsiz, amma yüksək gəlir vəd edən post arzusundadır.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR