Millimizin hücumçusu baş məşqçisiz qaldı

2 Dekabr 2019 15:15 Milli komanda 634
Millimizin hücumçusu baş məşqçisiz qaldı

Milli komandamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" klubunun baş məşqçisi Sven Hübşer istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun baş direktoru Malte Metselder yerli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Hübşerlə yanaşı, köməkçisi Tobias Helviqin də müqaviləsinə xitam verilib. Klub rəsmisi nə qədər çətin olsa da, hər iki məşqçi ilə vidalaşmağın yeganə çıxış yolu olduğunu söyləyib.

Yeni təyinata kimi "Proyssen"i klubun U-19 komandasının baş məqçisi Arne Barez çalışdıracaq.

Qeyd edək ki, son turda evdə "Manhaym"a 1:3 hesabı ilə uduzan "Proyssen" 17 oyundan sonra 13 xalla sondan ikinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti