AFFA klubları xəbərdar etdi - Liqalarda dəyişiklik gözlənilir

01:10 Milli komanda 89
AFFA klubları xəbərdar etdi - Liqalarda dəyişiklik gözlənilir

13-26 aprel 2026-cı il tarixlərində 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, toplanış 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FİFA U-20 Dünya Çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd olunan təlim-məşq toplanışı ilə əlaqədar futbolçuların düşərgəyə cəlb olunmasını təmin etmək məqsədilə AFFA və PFL-in təşkilatçılığı ilə keçirilən müvafiq liqaların təqvimində dəyişiklik edilə bilər.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti