Kamran Ağayev daha bununla öyünə bilmir

2 Aprel 23:20 Milli komanda 192
Kamran Ağayev daha bununla öyünə bilmir

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan millisinin tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi buna “FIFA Serias - 2026” turnirində nail olub.

Sent Lüsiya və Syerra-Leone ilə matçlarda iştirak edən təcrübəli oyunçu Azərbaycan millisində ən çox matça çıxan üçüncü futbolçu olub.

B.Hüseynov bu turnirədək yığmada 78 qarşılaşmada iştirak etmişdi.

Oyunların sayını 80-ə çatdıran müdafiəçi sabiq qapıçı Kamran Ağayevi (79) geridə qoyub. Aslan Kərimovun da aktivində 80 matç var.

Hazırda rekord Rəşad Sadıqova məxsusdur - 111 oyun. Maksim Medvedev (81 oyun) ikinci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti