“Azərbaycan yığması həm bizimlə, həm də onlarla oyunda sübut etdi ki…”

20:20 Milli komanda 167
“Azərbaycan yığması həm bizimlə, həm də onlarla oyunda sübut etdi ki…”

Sent Lüsiya millisinin baş məşqçisi Stern Con “FIFA Series – 2026”nın Azərbaycan millisi ilə keçirilən ilk oyunu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, trinidad və tobaqolu mütəxəssis 1:6 hesabı ilə məğlub olduqları matçın nəticəsindən məyusluq yaşadıqlarını etiraf edib.

Buna baxmayaraq, Con görüşün onlar üçün faydalı olacağını düşünür:

“Azərbaycanda təşkil olunan “FIFA Series” turniri bizim üçün həm mənfi, həm də müsbət məqamlarla yadda qaldı. Əlbəttə ki, 1:6 hesablı məğlubiyyət üzücü oldu.

Ancaq nəzərə alaq ki, Azərbaycan yığması da Avropanın yaxşı komandalarından biridir. Bunu da həm bizimlə, həm də Syerra Leone ilə görüşdə sübut etdilər.

Belə matçlar komandamızın inkişafına kömək edir. Oyundan müsbət məqamlar da götürə bilərik.

Fərqli qitənin güclü və fiziki cəhətdən üstün komandası ilə oynamaq dəyərli təcrübə oldu”.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda millimiz tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

İkinci matçında Syerra Leoneni üstələyən yığmamız (1:1, penaltilərlə 9:8) turnirin qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti