Millinin baş məşqçisi qayğılıdır - Bu hücumçu ilə neyləmək olar?

16:00 Milli komanda 234
Millinin baş məşqçisi qayğılıdır - Bu hücumçu ilə neyləmək olar?

Sumqayıtda keçirilən “FIFA Series-2026” beynəlxalq turniri başa çatdı.

Sent Lüsiya və Syerra Leone üzərində qələbələr millimizi qalib etdi.

Nəticəni əsas götürsək, bu, mühüm hadisədir. Hər halda komandamız tarixi ərzində qatıldığı heç bir yarışda birinci ola bilməyib.

Bu, ilkdir və ümid edirəm ki, qazanılan uğurlu göstərici UEFA Millətlər Liqasından öncə əhval-ruhiyyəni nəzarətdə saxlamağa köməklik göstərəcək.

Amma mən eyni zamanda, Ayxan Abbasovun «udsaq da, bu oyun bizə bəzi siqnallar verdi» mesajıyla razılaşıram. Baş məşqçi problemləri mediaya sadalamasa da, təxmin edirəm ki, o, nələri nəzərdə tutur.

İki matçda 7 qol vurmağımız bizi yanıltmasın. Hücum gücümüz güc deyil, zəifdir.

Musa Qurbanlının fərqlənməsinin üstündən keçək, digər forvardlar adını tabloya yazdıra bilmədi.

Renat Dadaşovun ayağı sözünə baxmadı. Hansı ki, Abbasovun «Motor»un formasını geyinən bu ön xətt oyunçusuna ümidləri böyükdür.

İnanır ki, Renat millinin liderlərindən biri ola bilər. Ancaq hələ olmur.

“FIFA Series-2026” kimi statusu ciddi qəbul edilməyən mini turnirdə adından söz pçdırmağı bacarmayan hücumçu ilə Millətlər Liqasında neyləmək olar, görəsən?

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti