Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirinin qalibi olub.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.
Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq (9:8) oynayan Azərbaycan yığması turnirin qalibi olub.
Komandamız martın 27-də eyni arenada Sent Lüsiyanı 6:1 hesabı ilə üstələyib.
AFFA qeydə alınan uğurlu nəticəyə həssaslıq göstərib.
Federasiya rəhbərliyi "FIFA Series - 2026"nın qaliblərinin hər birinə mükafat təyin edib. Məbləğ heç kimə kiçik görünməsin - futbolçulara 10 min manat ödəniləcək.
SPORTİNFO.AZ

