Azərbaycan yığması heç-heçə etdi, qrupda qaldı

01:10 Milli komanda 80
Azərbaycan yığması heç-heçə etdi, qrupda qaldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün son oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı komanda B liqasının 2-ci qrupunda Malta millisi ilə qarşılaşıb.

Bolqarıstanın Plovdiv şəhərindəki “Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesabı ilə yekunlaşıb.

Yığmamızın heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.

Bununla millimiz qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Azərbaycan millisi daha əvvəl Bolqarıstan (1:1) və Litva millisi ilə (0:0) heç-heçə edib. Yığma hazırda 2 xalla 4 komanda arasında 3-cü yerdədir. Xalı olmayan Malta isə sonuncudur.

zərbaycan – Malta 2:2

Qollar: Bəşirov, 57, Debono, 72-avtoqol - Roe, 2, Zammit, 51
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti