“Lotoreya” millimizi qalibiyyətə apardı - VİDEO

01:00 Milli komanda 114
“Lotoreya” millimizi qalibiyyətə apardı - VİDEO

Azərbaycan milli komandası “FIFA Series-2026” turnirində final görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.

Penaltilər seriyasında daha dəqiq olan (9:8) Azərbaycan yığması turnirin qalibi olub.

Azərbaycan millisi bundan əvvəl Sent Lüsiya yığmasına 6:1 qalib gəlmişdi.

Azərbaycan – Syerra Leone 1:1
Qollar: Rahil Məmmədov, 72 // Kanu, 28
Penaltilər seriyası: 9:8
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti