Komandamız Sumqayıtda FİFA seriyasının qalibi oldu

30 Mart 21:25 Milli komanda 901
Komandamız Sumqayıtda FİFA seriyasının qalibi oldu

Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, millimiz “FIFA Series-2026” beynəlxalq turnirindəki ikinci oyununda Syerra Leone yığması ilə qarşılaşıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlmişdi. Syerra Leone yığması isə bu turnirdə ilk görüşünü keçirib.

İlk oyunda olduğu kimi, Syerra Leone ilə görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.

Oyunun əsas vaxtı bərabərliklə yekunlaşıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən millimiz turnirin də qalibi olub.

Azərbaycan – Syerra Leone 1:1 (penaltilər 9:8)
Qollar: Rahil Məmmədov, 72 – Daniel Kanu, 28.
Hakimlər: Asker Najafaliyev, Baxtiyorxuja Şavkatov, İslom Azimov (Hakimlər briqadası Özbəkistandandır).Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bədavi Hüseynov, Krivotsyuk, Qismət Alıyev, Aleksey İsayev, Emin Mahmudov, Emil Səfərov, Elvin Cəfərquliyev, Renat Dadaşov, Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti