Milli üçün ehtiyatlı plan, dəbdəbəli məkan

19:00 Milli komanda 137
Milli üçün ehtiyatlı plan, dəbdəbəli məkan

Azərbaycanın U-21 millisi AÇ-2027-nin seçmə mərhələsində növbəti görüşünü keçirəcək.

Martın 27-də Bakıda Portuqaliyadan olan həmyaşıdlarına uduzan (0:4) seçməmizin bu dəfəki rəqibi Bolqarıstandır.

Baş məşqçi Rəşad Eyubov səfər zamanı işini ehtiyatlı tutmaq qərarına gəlib.

Belə ki, komanda üzvləri vətəni matçdan iki gün əvvəl tərk edib.

Bakı-İstanbul-Sofiya təyyarə reysi ilə Bolqarıstana yola düşən nümayəndə heyəti paytaxtdan Plovdivə olan məsafəni avtobusla qət edərək mənzil başına çatıb.

Uzun yolçuluqdan sonra dincələn futbolçular bu gün və sabah məşq edəcək. Eyubov oyunçuların yerli şərtlərə alışması üçün bu yolu seçib.

Yığmamızın Plovdivin dəbdəbəli məkanlarından sayılan “Hilton”da məskunlaşıb.

Martın 31-də baş tutacaq Bolqarıstan – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti