"Bu gün kimlər millidədirsə..."

01:00 Milli komanda 97
"Bu gün kimlər millidədirsə..."

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Qismət Alıyev FİFA seriyası turnirinin Syerre-Leona matçı öncəsi keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Millimiz üçün daha bir önəmli matç olacaq. Bizim üçün belə oyunların olması Millətlər Liqası görüşləri öncəsi daha vacibdir. Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq, bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək.

- Millidə mövqeyində yalnız Abdulla Rzayev var. Sağ cinah müdafiəsində rəqabətsizlik var. Bu, sənin millidəki durumuna necə təsir göstərir?

- "Zirə"də ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım. Millinin seçimlərinə hörmət edirəm. Bu gün kimlər millidədirsə, demək ki, ona layiqdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti