Emin Mahmudovun, Toral Bayramovun sevinmək haqqı yoxdur... - Qəribə yanaşma

21:15 Milli komanda 239
Emin Mahmudovun, Toral Bayramovun sevinmək haqqı yoxdur... - Qəribə yanaşma

Azərbaycan millisi 2026-cı ilə qələbə ilə başladı.

"FİFA series 2026" beynəlxalq turnirində Sent-Lüsiyanı qəbul edən Ayxan Abbasovun yetirmələri 3 xalı 6 qolla qazandı - 6:1.

Bununla da 18 aylıq qələbə həsrəti sona çatmış oldu.

Amma yenə azarkeşlər narazıdır.

Ki, oyunçular nəyə sevinir?

Xüsusilə Toral Bayramovun qol sevinci sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Sanki milli futbolçuların gülməyə, sevinməyə haqqı yoxdur.

Bəli, rəqib zəif yox, çox zəif idi.

Əldə olunan qələbənin ciddi əhəmiyyəti yoxdur.

Buna görə heç futbolçulara da xüsusi bir təşəkkür etmək vacib deyil.

Amma bütün bunlar əsas vermir ki, futbolçularımız vurulan qollara sevinməsin, qələbəyə görə üzləri gülməsin.

Dünyanın nəhəng komandaları özündən qat-qat zəif millilərlə oyunda qələbəyə sevinmir, yoxsa vurduğu qollara?

Və ya dünya ulduzları zəif rəqiblərin qapısının torunu silkələyəndə bunu qeyd etmirmi?

Təbii ki, edirlər.

Ona görə də hər şeyi qara görmək doğru deyil.

Bir az ədalətli olaq. Futbolumuzun bu günü hamımızı qəzəbləndirə bilər. Amma onu da unutmayaq ki, bunun ən sonuncu günahkarları futbolçulardı. Hər fürsətdə onların üzərinə getmək, onları linç etmək ədalətli yanaşma sayıla bilməz.

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti