“Bu, komandamızın xeyrinə olacaq” - Yığmamızın hücumçusu

11:30 Milli komanda 82
“Bu, komandamızın xeyrinə olacaq” - Yığmamızın hücumçusu

“Düzdür, qol vurmağı bacardım, amma düşünürəm ki, daha yaxşı çıxış edə, daha çox fərqlənə bilərdim.

Əsas məsələ komandaya xeyir verməkdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Musa Qurbanlı deyib.

O, Sent Lüsiya üzərində 6:1 hesablı qələbəni dəyərləndirib:

“Uzun müddət idi ki, qələbə qazana bilmirdik. Bu baxımdan nəticə bizim üçün çox önəmli idi və buna görə sevincliyik.

Milli komandada çıxış edərkən rəqibin kim olmasından və oyunun hansı status daşımasından asılı olmayaraq, əsas məqsəd hər zaman qalib gəlməkdir.

Sevindirici haldır ki, bu dəfə böyükhesablı qələbə əldə etdik. Bu uğur qarşıdakı rəsmi oyunlar öncəsi bizə əlavə motivasiya və özünəinam qazandırdı”.

Musa növbəti rəqib barədə də fikirlərini bölüşüb:

“Syerra Leone yığması ilə qarşılaşmaya da eyni məqsədlə – qələbə üçün çıxacağıq. Əsas diqqətimizi hazırlıq prosesinə yönəldəcəyik ki, növbəti toplanışa qədər optimal formaya çata bilək.

Hücumda nə qədər məhsuldar olsaq, bu, komandamızın xeyrinə olacaq və nəticələrimizə müsbət təsir göstərəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti