19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin I raundunda son oyununa çıxıb.
B liqasının 6-cı qrupunda yer alan U-19 Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşıb.
“Raudondvario” stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub.
İlk oyunda ev sahibi Litvaya 4 cavabsız qolla uduzan komandamız qrupda sonuncu yeri tutub.
Bu, İlham Yadullayevin U-19-un sükanı arxasında sonuncu sınağı olub.
Uğursuzluğu əsas götürən AFFA rəhbərliyi baş məşqçi və onun köməkçiləri ilə müqaviləni uzatmamağı lazım bilib.
SPORTİNFO.AZ

