“Həm qollara, həm də qələbəyə görə oyunun bizim üçün çox yaxşı keçdiyini söyləmək mümkündür.
Lakin bir qələbə ilə rahatlaşmaq olmaz. Növbəti matçlara hazırlaşmaq lazımdır”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millli komandasının yarımmüdafiəçisi Vüsal İsgəndərli “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edərkən deyib.
O, martın 30-da Syerre Leone yığmasına qarşı keçiriləcək matçdan da söz açıb:
“Hər rəqib ciddidir. Bütün komandalara qarşı ciddi hazırlaşmaq lazımdır. Rəqibin adının önəmi yoxdur. Növbəti matçda da qələbə qazanmaq istəyirik”.
V.İsgəndərli Millətlər Liqasında da uğurlu nəticə qazanmaq istədiklərini bildirib:
“Əlimizdən gələni edəcəyik. Biz də komanda olaraq bu mövqedə olmaqdan razı deyilik (Millətlər Liqasında D divizionunda - red.).
Mərhələ-mərhələ daha yuxarı qalmağa çalışmalıyıq”.

