"Birinci hissədə rəqiblərimizi həqiqətən də yorduq, çoxlu qol imkanları yaratdıq, amma təəssüf ki, qol vura bilmədik.
İkinci hissədə ritmimizi qoruduq, səbr və inadkarlıq göstərdik. Nəticədə də qol vuruldu, bundan sonra hər şey asanlaşdı".
Sportinfo.az record.pt-yə istinadən xəbər verir ki, bu sözləri Portuqaliyanın U-21 millisinin yarımmüdafiəçisi Joao Simoes Avro-2027-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan üzərində qazandıqları qələbədən (4:0) sonra deyib.
Komandasının sonuncu qolunun müəllifi olan futbolçu qürurlu və xoşbəxt olduğunu söyləyib:
"Oyuna sakit və inamla yanaşdıq və Tanrıya şükürlər olsun ki, 4 qol vurduq. Vurduğum qola gəldikdə isə, qarşımda boşluq var idi.
Gördüm ki, vura bilərəm, ona görə də vurdum. Sevinirəm ki, qol vura bildim.
Çox xoşbəxtəm. Bu, şübhəsiz ki, böyük qürur mənbəyidir. Bu, uzun müddətdir ki, üzərində çalışdığım bir məqsəddir və mən çox qürur duyuram".

