Elvin Cəfərquliyev: "Erkən qol vurmasaydıq..."

28 Mart 22:55 Milli komanda 111
Elvin Cəfərquliyev: "Erkən qol vurmasaydıq..."

Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev "FİFA series 2026" beynəlxalq turnirində Sent-Lüsiya üzərində qazanılan parlaq qələbədən (6:1) sonra Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq görüş haqqında danışıb:

"İlk öncə azarkeşlərimizi təbrik edirəm. Ağır hava şərtlərinə rəğmən yanımızda oldular.

Hər birinə öz təşəkkürümü bildirirəm. Güclü yağış yağırdı, meydanın durumu o qədər də ürəkaçan deyildi.

Amma oyunun sürətinə təsir edirdi. Belədə temp daha yüksək olur. Bizim üçün hardasa yaxşı hal idi".

Cəfərquliyev gözlənilən qədər asan oyun keçmədiyini sözlərinə əlavə edib:

"O qədər asan oyun keçdiyini deməzdim. Erkən qol vurmağımız yaxşı oldu.

Bəlkə də bu olmasaydı, rəqib daha çox çətinlik yaşada bilərdi. Kollektiv olaraq yaxşı çıxış etdiyimiz üçün qələbə qazana bildik".

Təcrübəli oyunçu sonda bu qələbənin millinin tarixinə ən böyük hesablı qələbə kimidüşməsini də şərh edib:

"Çox xoş oldu. Təbii ki, hamımız sevinirik. Qələbə qazanmaqda çətinlik yaşayırdıq.

İnanırıq ki, bu qələbə bizə inam verəcək. Növbəti oyunda da bunun davamını gətirmək istəyirik".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti