Nəhayət, 16 oyun sonra “şeytanın qıçını sındırdıq”!

02:50 Milli komanda 68
Nəhayət, 16 oyun sonra “şeytanın qıçını sındırdıq”!

Azərbaycan komandası “FIFA Series-2026” beynəlxalq turnir çərçivəsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Millimizin heyətində Emin Mahmudov (2-ci dəqiqədə penaltidən), Rəhim Sadıxov (21), Musa Qurbanlı (37), Toral Bayramov (64), Vüsal İsgəndərli (86), eləcə də Rüstəm Əhmədzadə (89) fərqləniblər.

Rəqibin yeganə qolunu 52-ci Donovan Filipp penaltidən vurub.

Bununla da Azərbaycan yığması 16 oyun sonra qələbəyə sevinib. Təmsilçimiz son olaraq 2024-cü ilin iyununda Qazaxıstanı yoxlama matçında üstələmişdi.

Azərbaycan yığması növbəti oyununu martın 30-da Syerra-Leone komandasına qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti