Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üz-üzə gəlib.
Bu, Azərbaycan millisinin 2026-cı ildə ilk oyunu olub
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş yığmamızın 6:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Bu, millimizin tarixinə ən böyükhesablı qələbə kimi düşüb.
Hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci yeri tutur.

