Qurban Qurbanovu buna görəmi Azərbaycan millisindən göndəriblər?

30 Mart 22:55 Milli komanda 391
Qurban Qurbanovu buna görəmi Azərbaycan millisindən göndəriblər?

Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi postundan göndərilməsindən 8 il ötür.

Təcrübəli mütəxəssislə 6 illik razılaşma əldə olunmuşdu. Amma cəmi 1 il sonra yollar ayrıldı.

Həmin bir ildə Qurbanov yığma komandanı Millətlər Liqasının C divizionunda meydana çıxarmışdı.

53 yaşlı mütəxəssisin rəhbərliyi altında milli 6 görüşdə cəmi 1 məğlubiyyət almaqla turnir cədvəlində ikinci pilləni tutmuşdu.

Yeganə məğlubiyyət son turda Kosova səfərində qeydə alınmışdı.

Bununla lider olmaq əldən çıxmışdı.

AFFA rəhbərliyi məhz Kosovaya məğlubiyyətə görə Qurbanova qapını göstərmişdi.

Bu gün həmin Kosova millisi DÇ-2026-ya vəsiqə qazanmaq üçün martın 31-də keçiriləcək pley-off-un final matçında Türkiyə yığması ilə üz-üzə gələcək.

Hələ 8 il əvvəl deyirdik ki, Kosovoya məğlubiyyət faciə deyil.

Yola Qurban Qurbanovla davam etmək lazımdır.

Təəssüf ki, biz gördüklərimizi federasiya rəsmiləri görmədi/görmək istəmədi.

Bu da acı nəticəsi.

Azərbaycan yığması D Liqasına hazırlaşır.

Rəqibi də ilk dəfə Avropa təmsilçisi ilə oynayacaq Sent-Lüsiya yığmasıdır.

Həmin Kosova isə Dünya Çempionatının bir addımlığındadır...

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti