COP29

"Bu futbolçunu milliyə çağırmaq nə dərəcədə düzgündür? Çoxlu suallar var"

1 Oktyabr 2023 02:50 Milli komanda 1 612
"Bu futbolçunu milliyə çağırmaq nə dərəcədə düzgündür? Çoxlu suallar var"

Canni De Byazinin rəhbərlik etdiyi millinin son oyunları futbol ictimaiyyətində birmənalı qarşılanmadı.

Komandanın AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə matçda yaxşı oyuna rəğmən, uduzduqlarını və bunun əksini düşünənlər də oldu.

Ən çox tənqid olunan təbii ki, baş məşqçidir. İtalyan mütəxəssisin həm açıqladığı heyətdə bəzi futbolçuların çağırılması, həm də meydanda verdiyi taktika ilə bağlı narazılıqlar səsləndirilir.

Təbii ki, bunun fonunda İordaniya ilə yoldaşlıq matçındakı 2:1 hesablı qələbənin əhəmiyyəti olmadığı da məlumdur.

Bəs Adil Şükürov millimizin oyunu və De Byazinin işi ilə bağlı nələr düşünür?

Sportinfo.az xəbər verir ki, U-21 millimizin sabiq çalışdırıcısı qaynarinfo-ya açıqlamasında yığmanın son çıxışlarından danışıb:

"Müəyyən səbəblərə gör İordaniya ilə oyuna baxa bilmədim. Amma Belçikaya qarşı matçı izlədim. Qeyri-müəyyən heyət idi. Bu neçə ildə artıq heyət formalaşdırılmalı idi. Halbuki keçən il Millətlər Liqasında ardıcıl matçları stabil şəkildə keçirdilər və uduzmadılar. Canni De Byazi bugünə qədər komandanı formalaşdırmalı idi. Komandanın konkret necə oynadığını istəməsi haqda konkret fikri yoxdur. Əvvəlki oyunların bəzilərinə 4-4-2, daha sonra 3-5-2 sistemi ilə çıxdı. 3-4-3 sxemi ilə də oynamaq istəyirdi. Belə halların yaranması davamlı olaraq futbolçuları stresdə saxayır. Belçika ilə oyunda göründü ki, hələ də eksperiment aparır. Komandada potensial var, sadəcə, müəyyən istiqamət verilməli və düzgün idarə olunmalıdır”.

Şükürov sözləri ilə artıq baş məşqçinin getmək zamanının olduğuna işarə verdi:

"Mənim fikrimcə, bu illər ərzində məşqçi stabil heyət formalaşdıra bilməyibsə… Daha potensial görünmür. Höccətin milliyə çağırılamsı nə ilə bağlı idi, başa düşə bilmədim. Əsas heyətdə oynamasa da, ən azı oyunlarda ehtiyatdan meydana çıxsa, yenə bunu anlamaq mümkündür. Milli karyerası var, "Neftçi” kimi klubdadır, əvvəllər "Sumqayıt”da olub. Ancaq son vaxtlar ümumiyyətlə, heyətə yaxın buraxılmayıb. Bu futbolçunu milliyə çağırmaq nə dərəcədə düzgündür? Çoxlu suallar var”.

Mütəxəssis qrupda normal xal yığacağımıza da şübhə ilə yanaşdığını dedi:

"Söhbət xal yığmaqdan gedirsə, Estoniyanı məğlub edə bilərdik. U-21-də oynadığım dönəmdə Estoniyanın əsas millisini məğlub etmişdik. Həmin oyun Gəncədə baş tutub, baş məşqçimiz də Ağasəlim Mircavadov idi. Bu gün A komandaları səviyyəsində oyunda biz onlarla xal bölüşürük. Bun necə ola bilər? Canni De Byazi Albaniya ilə nəticə vermiş məşqçidir. O gələndə hamı ümidli idi. Ancaq tam olaraq gözləntilər özünü doğrultmadı”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?