
Avstriyanın yarımmüdafiəçisi Kristof Baumqartner AVRO-2024-ün F qrupunun açılış matçında Azərbaycan yığması üzərində Lintsdə qazandıqları qələbəni (4:1) şərh edib.
Sportinfo.az xəbər verir ki, “OE24”ə danışan avstriyalı oyunçu millimizin vurduğu qol haqda da fikirlərini söyləyib:
"Stadiondakı atmosfer əla idi. Yığmanın oyununu elə bu cür belə təsəvvür edirdim - dolu tribunalar və yaxşı oyun.
Hesab 3:0 öndə olanda Azərbaycan millisindən qol buraxdıq. Belə olmamalı idi.
Azərbaycan millisinə özünə gəlmək üçün imkan verməməliydik. Növbəti dəfə bunu nəzərə almaq lazımdır".