Musa qol vurdu, “Qarabağ”dakı komanda yoldaşına çatdı

08:30 Milli komanda 672
Musa qol vurdu, “Qarabağ”dakı komanda yoldaşına çatdı

Milli komandamızın 3 futbolçusu qol vurmaqla şəxsi statistikasını yaxşılaşdırıb.

İlk hissəsi 3:0 hesabıyla başa çatan Sent Lüsiya ilə oyunda elə qol sayına uyğun olaraq sevinənlər olub.

Sportinfo.az xəbər verir ki, Rəhim Sadıxov yığmada ilk qolunu vurub. O, buna 10-cu matçında nail olub.

Musa Qurbanlı hazırkı heyətdə ən məhsuldar olan futbolçuların siyahısında 3-cü pilləyə şərik çıxıb.

23 matçında 4-cü qolunu vuran forvard “Qarabağ”dakı komanda yoldaşı Toral Bayramova çatıb. Müdafiəçi 4 qolu 38 görüşdə vurub.

Emin Mahmudov isə 16-cı dəfə fərqlənməklə milli komandamızın ən məhsuldar oyunçusu ünvanını əlində saxlamaq üçün daha bir addım atıb. O, 61-ci matçında bu göstəriciyə çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti