"Qəbələ"nin sabiq baş məşqçisi Sənan Qurbanov Borçalı Mini Futbol Çempionatında çıxış edən "Şindilər" komandasının heyətində meydana çıxır. Gənc mütəxəssis Sportinfo.az-a açıqlamasında belə deyib:
"Borçalı turniridir. Boş vaxtım olduğu üçün öz kəndimizin komandasında oynayıram. Mənim üçün də yaxşı fürsətdir. Qaçıram, özümü formada saxlayıram. Nəinki bu turnirdə, başqa yerlərdə də uşaqlarla futbol oynayırıq. Belə yerdə ümumiyyətlə, məşqçiyə ehtiyac yoxdur. Həftəsonu hərə gəlib özü üçün futbol oynayır. Mən də onlara qoşuluram.
Orada yaxınlarımı, qohumlarımı görürəm. Vaxt keçirmək üçün yaxşı bir yerdir. Heç daimi də oynamıram. Elə olur, yoruluram, bir həftə gedirəm, bir həftə getmirəm. Uşaqların özünə də demişəm ki, mən olmayanda yerimə başqasını çağırın".
