8 il "Neftçi"də rəhbər vəzifə tutan GİZLİ QƏHRƏMAN

13 Yanvar 2021 11:00 Köşə 2 759
8 il "Neftçi"də rəhbər vəzifə tutan GİZLİ QƏHRƏMAN

Azərbaycan oğulları Şuşanı silahsız, qayalarla dırmaşıb, silahlı erməni terrorçuları əlbəyaxa məhv edib, sahibinə qaytardı.

Azərbaycan təkcə 44 günlük savaşda təxminən 3000 şəhid verdi.

Azərbaycan oğulları bu 44 gündə minlərlə qəhrəmanlıq örnəyi göstərdi.

Azərbaycan oğulları bunacan da belə idi. İndi şərait yarandı, onlar kişiliklərini bütün dünyaya göstərə bildilər.

Hər xalqın yaxşısı-pisi olduğu kimi, hər xalqda hər cür tip də olur.

Biz illərdir nədənsə özümüzə çeçenləri qəhrəman kimi təqdim edirik.

Tamam, çeçenlər də qəhrəmandırlar. Amma bunu niyə öz xalqımızı aşağılamaqla təqdim edək?! Belə təqdimat verənlər haqda təhqir olmalıdır. Həmin yeri buraxıram…

Bir az özünüzə zəhmət verib dünyada nə qədər millətin olduğuna və neçə müstəqil ölkə olduğuna baxın.

Mən ermənilər kimi saxta 1000 illik tarixə baş vurmaq istəmirəm. Yaxın 10-20 ildə azərbaycanlı oğlanların elə qəhrəmanlıqları var ki, vallah, axtarsaz, dünyada başqa heç bir xalqda tapmayacaqsız.

Sizin qəhrəman obrazında gördüyünüz millətin burada at oynatmaması üçün əməli olan Azərbaycan oğulları da var. Amma o qədər təvazökardılar ki adlarını, əməllərini bəlkə heç öz doğma qohum-əqrabaları da bilmir.

Mən istəyirdim elə bir Azərbaycan oğlundan sizə danışım. Amma özü imkan vermədi adını hallandırım. Halbuki yazacaqlarımdan sonra nə qədər haqlı olduğumu hamı görəcəkdi.

Sadəcə, 8 il "Neftçi"də rəhbər vəzifə tutduğunu deyim, tanıyanlar tanıyacaq. Nə bilim, nə olacaqsa olar, amma belə oğullara sayğım, sevgim heç vaxt bitməz.

Fəxr edin Azərbaycan oğulları ilə! Ən böyük xalq bizim xalqdır!

Pafoslu deyiləm, inanın. Az-çox başqa xalqlarla, millətlərlə də tanışam.

Azərbaycanı sevin, azərbaycanlı olmağınızla fəxr edin (burada minlərlə başqa misal da çəkə bilərəm, istəsəz)! Bu xalqı, milləti aşağılamayın!

Anar Şabanoğlu

Xəbər Lenti