"Yaxşı söz deyə bilmərəm" – Azərbaycana yeni gələn hücumçu

17 Fevral 2020 14:34 Şamaxı 674
"Yaxşı söz deyə bilmərəm" – Azərbaycana yeni gələn hücumçu

Sportinfo.az xəbər verir ki, "Keşlə"nin anqolalı heni hücumçusu Aleksandr Kristavau Premyer Liqanın 17-ci turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları matç haqda sualları cavablandırıb.

- Nəsə demək çox çətindir. Ölkənizdə 3-cü oyunum idi. İki vacib görüşdə məğlub olduq. Hələ ki, oyunum haqda yaxşı söz deyə bilmərəm. Son iki görüş çox da pozitiv keçmədi.

- Çempionata tez alışa bildinizmi?

- Əlbəttə ki, asan deyil. Mövsümün ortasında komandaya gəlmək və tez alışmaq, elə də asan deyil. Amma bu, mənim işimdir. Əlimdən gələni etməyə çalışacağam ki, komandaya tez bir zamanda daha çox fayda verim.

- "Keşlə"yə gəlməmişdən öncə "Sabah"ın düşərgəsində baxışda olmuşdunuz, hətta, bəyənilmişdiniz. Bizdə olan məlumata görə, maliyyə məsələsinə anlaşma olmamışdı. Ümumiyyətlə, "Sabah"a keçid niyə alınmamışdı?

- Daha yaxşı təklif gözləyirdim. Mənim üçün çox da rahat deyildi. "Dinamo" (Buxarest) ilə müqavilə bağlamağı daha üstün tutdum.

- Azərbaycan Premyer Liqasına uyğunlaşmaq üçün nə qədər vaxt lazımdır?

- Bu barədə bir söz deyə bilmirəm. Mənim üçün hazırda ən vacibi tez bir zamanda uyğunlaşmaqdır.

- İndi "Keşlə"nin vuran ayağı Frutosdur. Ən məhsuldar oyunçudur. Özünüzü onunla rəqabət aparmağa hazır sayırsınızmı?

- Frutos "Keşlə"nin əsas futbolçularından biridir. Onun burada olmağı məni daha yaxşı edir. Öz üzərimdə daha çox çalışıram. Kim əsas heyətdə oynayır, kim ehtiyatda qalır, bu, sadəcə məşqçinin qərarıdır. Mən öz oyunuma fikir verirəm. Daha yaxşı olmağa çalışıram ki, əsas heyətdə yerimi qazanım.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!