Daha iki yeni transfer

21 İyul 2021 21:00 Şamaxı 1 100
Daha iki yeni transfer

"Soçi" "Keşlə"yə qarşı Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi heyətini 2 yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Orenburq"un hücumçusu Dmitri Vorobyev və "Zenit"in argentinalı müdafiəçisi Emanuel Mammananı icarəyə götürüb.

24 yaşlı forvard ötən mövsüm Rusiya Milli Futbol Liqasında 39 oyun keçirib və 24 qol vurub. Onun hesabında 3 məhsuldar ötürmə də var. "Soçi" mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna malikdir.

Mammana isə ötən mövsümü də icarə əsasında “Soçi”də keçirib. O, bu komanda ilə 18 oyunda 1 məhsuldar ötürmə edib.

İyulun "Soçi" və "Keşlə" arasında ilk oyun iyulun 22-də Soçidə, cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!