
Azərbaycan Premyer Liqasında V turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, “Kəpəz”lə “Araz-Naxçıvan” Gəncədə üz-üzə gəlib.
Hər iki komandanın 4 xalla 8-9-cu yerləri bölüşdürməsi matçın prinsipiallığını artırırdı.
Mövsümün startında “Neftçi” və “Qarabağ”ı büdrədən “Kəpəz” budəfəki rəqibi ilə bacarmayıb. Naxçıvan təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazanıb.
40-cı dəqiqədə penaltidən fərqlənən Orxan Əliyev beş dəqiqə sonra dublunu rəsmiləşdirib. Mate Kvirkviyanın 78-ci dəqiqədə penaltidən vurduğu qol isə "Kəpəz" üçün təsəlli topu olub.
Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarının sayını 7-yə yüksəldib.