
«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri bu ilin sonunda vəzifəsini tərk edə bilər.
O, klubdan getmək istəməsi barədə həm İcra Hakimiyyətini, həm də yaxın çevrəsini məlumatlandırıb.
Altı ilə yaxındır Gəncə təmsilçisinin başında dayanan yerli iş adamı «Kəpəz»ə göstərilən münasibətdən narazıdır.
İ.Nadiri Premyer Liqanın iştirakçıları arasında yalnız «Kəpəz»in sponsorsuz fəaliyyət göstərməsinin dözülməz hal olduğunu deyib.
Sədr qeyd edib ki, komanda bu gedişlə elitadakı yerini qoruya bilməyəcək və vəziyyəti dəyişməyin tək yolu büdcəni artırmaq, heyəti gücləndirməkdir.
İdarə Heyətinin başçısı söyləyib ki, vaxt klubun əleyhinə işləyir və dekabradək yeni sponsor tapılmasa, vəzifəsinin icrasını dayandıracaq.
SPORTİNFO.AZ