“Kəpəz”də problemlər yarandı, birdən-birə 3 nəfər kənarda qaldı

21 Aprel 14:00 Kəpəz 1 769
“Kəpəz”də problemlər yarandı, birdən-birə 3 nəfər kənarda qaldı

Növbəti mövsüm üçün Premyer Liqadakı yerini qoruyan “Kəpəz” növbəti sınaq qarşısındadır.

Mövsümün sürpriz komandası Tovuzda avrokuboklara vəsiqəni hədəfləyən “Sabah”ı qəbul edəcək.

Gəncəlilər “tələbələr”in qarşısına 3 ciddi itki ilə çıxacaq.

“Səbail”lə oyunda meydanı yarımçıq tərk edən Georgi Papunaşvilinin zədəsi ağırdır. Gürcüstanlı yarımmüdafiəçi üçün mövsüm başa çatmış hesab olunur.

Ötən həftə zədələnən daha bir əsas fiqur Amil Yunanov da Tovuzda oynamayacaq. Təcrübəli futbolçunun 1-2 həftəlik müalicəyə ehtiyacı var.

Ehtiram Şahverdiyev isə xəstədir. Soyuqdəymədən əziyyət çəkən futbolçu hələ ki, oynamağa hazır deyil.

Aprelin 21-də keçiriləcək “Kəpəz” – “Sabah” görüşü saat 16:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti