COP29

Premyer Liqa təmsilçisində üçüncü anlaşma - SON DƏQİQƏ

21 İyun 16:00 Kəpəz 2 273
Premyer Liqa təmsilçisində üçüncü anlaşma - SON DƏQİQƏ

«Kəpəz» bu yay üçüncü legionerlə anlaşma əldə edib.

Maliyyə problemləri yaşayan, bu üzdən aparıcı oyunçularını bir-birinin ardınca itirən Gəncə təmsilçisi Latir Falın gedişini önləyə bilib.

Portuqaliyalı yarımmüdafiəçi gələn mövsümü də burada keçirməyə «okey» deyib.

“Kəpəz”in “Eştrella”dan (Portuqaliya) heyətinə qatdığı 30 yaşlı orta sahə oyunçusu komandanın iki ən ödənişli futbolçusundan biri idi.

Seneqal kökənli Falın aylıq qazancı 6 min dollar təşkil edirdi,

O, bundan sonar daha çox məvacib alacaq. Çünki ötən mövsümün əvvəlində bağlanan 1+1 illik müqaviləyə əsasən, belə bir artım nəzərdə tutulub.

«Sarı-göylər» ona kimi belaruslu müdafiəçi Yeqor Xvalko və portuqaliyalı qapıçı İqor Rodrigeslə anlaşma əldə edib. Onların müqaviləsi birillik uzadılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti