COP29

"Onun dedikləri ilə bağlı maraqlanmağa nə həvəsimiz var, nə də vaxtımız"

14 May 20:00 Kəpəz 1 093
"Onun dedikləri ilə bağlı maraqlanmağa nə həvəsimiz var, nə də vaxtımız"

"Kəpəz"in baş məşqçisi Adil Şükürov Sportinfo.az-a açıqlama verib.

O, Gəncə klubunun sabiq baş məşqçisi Tərlan Əhmədovun "Apasport"a açıqlamasında "İlqar Nadiri məndən akademiya məşqçilərilə hesablaşmağı tələb etdi. Mətbuat katibi Azad Mustafayev isə ona haqq verməli olduğumu bildirdi" - deyə səsləndirdiyi iddiaları şərh edib.

Şükürov "Həmkarınızın dilə gətirdiyi olaylar sizin də başınıza gəlibmi" sualına cavab olaraq bunları deyib:

"Bizim əsas işimiz əsas komanda ilə bağlıdır. Başqa işlərlə məşğul olmağa isə vaxtımız yoxdur.

Sadəcə, uzun müddət akademiya rəhbəri kimi çalışdığıma görə bu sahədən məlumatım var. Bu baxımdan akademiya rəhbərliyi və məşqçilərlə bəzən fikir mübadiləmiz olur.

Əksəriyyəti ilə bir yerdə futbol oynamışıq, yaxşı münasibətlərimiz var. Bildiklərimizi onlarla bölüşürük. Aramızda işgüzar görüşlərdən başqa nəsə yoxdur.

Digər məsələyə qalanda isə biz hər birimiz futboldayıq və hər kəsin də öz işi var. Hamı da öz işi ilə məşğuldur.

Şükürlər olsun Allaha, belə halla rastlaşmamışam. Biz ancaq öz işimizlə məşğuluq.

Mətbuat xidmətinin rəhbəri mətbuatla tərəfdaşlıq etməkdirsə, biz də futbolçularla işimizi görürük. Keçmişdə kim nə deyib, kim nə istəyib bilmirəm.

Maraqlanmaq üçün nə həvəsimiz var, nə də vaxtımız var. Hazırda klubda olan hər kəsin istəyi "Kəpəz"in uğur qazanmasıdır.

Arzumuz yeni sponsor tapıb növbəti mövsüm daha iddialı komanda halına gəlməkdir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti