“Məni təxribata çəkməyin”

10 Fevral 20:40 Kəpəz 906
“Məni təxribata çəkməyin”

“Kəpəz”in legioneri Olavale Onanuqa Sportinfo.az-a müsahibə verib.

Nigeriyalı yarımmüdafiəçi komandasının “Araz-Naxçıvan” üzərində əldə etdiyi qələbə haqda sualları cavablandırıb.

- Bu gün dörd futbolçunuz komandaya kömək edə bilmirdi. Belədə, “Araz-Naxçıvan”ı nəyin sayəsində məğlub etdiniz?

- İlk növbədə Allahın köməkliyi sayəsində. Digər tərəfdən göstərdiyimiz əzmkarlığa, döyüşkən ruha görə. Komandanı komanda edən ayrı-ayrı futbolçular yox, məhz kollektivdir. Sabah mən olmasam, yerimdə başqası oynayacaq və “Kəpəz” qələbə qazanacaq. Çünki kollektivdə sağlam atmosfer var.

- Demək istəyirsən ki, Yeqor Xvalko, Mate Kvirkviya, Georgi Papunaşvili, Elmir Tağıyevin yeri görünmürdü meydanda?

- Xeyr, belə demək istəmirəm, məni təxribata çəkməyin (gülür). Əlbəttə, yerləri görünürdü, bizim üçün vacib futbolçulardır. Amma onların yerinə şans qazananlar da meydanda canlarını qoydular.

- “Kəpəz”in Premyer Liqadakı yerini qorumaq şansını necə qiymətləndirirsən?

- Şansımız var və heç də pis deyil. Önəmli olan əlimizdə olan şansdan yararlanmaqdır. Özünüzdən asılıdır.

- Əsas rəqibiniz “Qəbələ”ylə xal fərqi 5-ə yüksəldi, 24-cü turda isə şəxsi görüşünüz var. Bu matçı final qarşılaşması hesab etmək olar?

- Xeyr-xeyr. Çempionat 36 turdan ibarətdir və bu, o deməkdir ki, 24-cü turdan sonra hər iki komandanı əlavə 12 oyun gözləyir. 12 oyun isə mümkün 36 xal deməkdir. İndidən nəsə demək çətindir. “Qəbələ” çox yaxşı komandadır, əminəm ki, onlar da sona qədər döyüşəcəklər.

- Yaxşı, sualı belə qoyum. “Kəpəz”i növbəti mövsümdə elitada görə biləcəyik?

- 100 faiz. Mən buna əminəm və sizə tərəddüd etmədən deyirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti