Daha bir klub belə qərar verdi – SON DƏQİQƏ

4 Dekabr 2023 13:20 Kəpəz 1 786
Daha bir klub belə qərar verdi – SON DƏQİQƏ

Bu qış Azərbaycanı tərk etməyəcək klubların siyahısı genişlənib.

«Qarabağ» və «Zirə»dən sonra «Kəpəz»in də yeni ili ölkə daxilində qarşılayacağı dəqiqləşib.

Gəncə təmsilçisi dövrələrarası fasiləni Antalyada keçirmək fikrindən daşınıb.

Xatirinizdədirsə, qərb komandası yayda da respublikanın hüdudları daxilində qalmışdı. Premyer Liqanın digər 9 iştirakçısındane fərqli olaraq.

Onda da problem büdcənin bölüşdürülməsi ilə bağlı idi, indi də. Necə? «Kəpəz» rəhbərliyi səfərə çəkiləcək xərcə transfer bazarlığı etmək fikrindədir.

Yəni, Türkiyədə təşkil olunacaq təlim-məşq toplanışına çıxacaq pulla yenə 1-2 legioner gətirməyi planlaşdırırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"