Regionda söküləcək tarixi stadionla bağlı TƏSİRLİ VİDEO

30 Oktyabr 2023 21:20 Kəpəz 1 697
Regionda söküləcək tarixi stadionla bağlı TƏSİRLİ VİDEO

Gəncə şəhər stadionunda tiikinti-söküntü işlərinə start verilib.

Yenidən tikilməsi planlaşdırılan arena ən yaxşı halda 2024-cü ilin sonunda hazır vəziyyətə gətiriləcək.

Odur ki, "Kəpəz" "Turan Tovuz"la razılaşmaya əsasən cari mövsümdəki ev oyunlarını Tovuzda keçirəcək.

Gənc fanatlar məsələyə səthi yanaşsa da, stajlı azarkeşlər üçün tarixi zəngin olan stadionun söküntüsü ilə barışmaq çətindir.

Azarkeşkərdən biri arena ilə bağlı təsirli video hazırlayıb.

Bildirək ki, 1960-cı ildə təməli qoyulan stadion 1963-cü ildə istifadəyə verilib.

HƏBİB / SPORTİNFO.AZ

Həmin görüntüləri təqdimİ edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti