"Bu gün heç bir futbolçu bu komandanın şərəfini qorumağa layiq deyil" - ŞOK ETİRAF!

30 Oktyabr 2023 08:20 Kəpəz 802
"Bu gün heç bir futbolçu bu komandanın şərəfini qorumağa layiq deyil" - ŞOK ETİRAF!

"Kəpəz" Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Turan Tovuz"a 0:4 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin yarımmüdafiəçisi Giorgi Papunaşvili qərb derbisindəki ağır məğlubiyyətdən sonra instaqram hesabında paylaşım edib.

Gürcüstanlı futbolçu azarkeşlərdən üzr istəyib:

"Bugünkü oyunla bağlı hisslərimi bölüşərək məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm. Bu gün heç bir futbolçu bu komandanın şərəfini qorumağa layiq deyildi.

Bircə onu deyə bilərəm ki, bu çətin anda ən çox dəstəyinizə ehtiyacımız var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti