Derbidə 2 legioner və 2 yerlinin xidmətindən istifadə etməyəcəklər

28 Oktyabr 2023 17:20 Kəpəz 534
Derbidə 2 legioner və 2 yerlinin xidmətindən istifadə etməyəcəklər

"Kəpəz" Premyer Liqanın 11-ci turunda "Turan Tovuz"la oyuna itkilərlə çıxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisinin 4 futbolçusu zədəlidir. Onanuqa Olavale, Abdullahi Şuaybu, Tural Rzayev və Kamran İbrahimov meydana çıxa bilməyəcək.

Komanda yoldaşlarından fərqli olaraq, İbrahimov səfər oyununa aparılıb və durumuna görə ehtiyatda yer alacaq.

“Turan Tovuz” – “Kəpəz” matçı bu gün sat 19:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti